Cümə, 29.03.2024, 18:17
İstedadlı insanlar bəşəriyyətin çox nadir insanlarıdır
Baş səhifə | | Qeydiyyat | Giriş
Menyu
SmS göndər
İstifadəçi adı 994
Şifrə
Şifrəmi unutdum | Qeydə alın


Facebook qrupları

Təqvim
«  İyul 2010  »
BeÇaÇCaCŞŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031

 Bakı
+39C/+22C 
 Gəncə
+38C/+24C 
 Naxçıvan
+39C/+22C 
 Şuşa
+28C/+15C 
 Lənkəran
+36C/+24C 
 Salyan
+36C/+24C 
 Ağdam
+37C/+24C 
 Şəki
+35C/+23C 
 Quba
+33C/+22C 
 Tokio
+11C/+5C 
Bizim sorğumuz
Sayta münasibətiniz
Всего ответов: 25
IP adress

free counters


Saytda 1
Qonaq 1
İstifadəçi 0
HTML

Главная » 2010 » İyul » 6 » Ağ və qara maqiya
23:33
Ağ və qara maqiya

Minillikilər boyu insan cəmiyyəti daim özünü gözləyən bir çox təhlükələrdən və sığortalamaq üçün ağlagəlməz vasitələrə əl atmışdır. Bəzən bu vasitələr cəmiyyətə təhlükə törətsə də öz əhəmiyyətini bu günə kimi qoruyub saxlamışdır.

Maqlar əsasən Asiyada meydana gəlmış və başqa xalqlar arasında yayılmışdır. İbtidai icma quruluşu dövrlərində maqiyadan həm xeyirxah əməllər üçün həm də şər və bəd işlər görmək üçün istifadə etmişlər. Zaman keçdikcə bu bir sənətə çevrilmış və xüsusi insanlar tərəfindən öyrənilomişdir. Bu işlə əsasən qaraçı xalqları məşğul olsa da qeyri-qaraçı xalqlar arasında da olduqca geniş yayıldı.

Belə bir fikir mövcuddur ki, maqiya sənəti insanları həm xoşbəxtliyə, həm də bədbəxtliyə doğru aparır. Xeyir və şər hər yerdə mövcud olduğu kimi maqiyanın tərkibində də vardır və xeyirlə şərin mübarıizəsini özündə əks etdirir. Bu doğrudan da beledir. Maqiyanın iki növü mövcuddur. Birinci növə ağ maqiya deyilir ki, buraya yalnız müalicə məqsədləri üçün istifadə edilib xeyirxahlığa səbəb olan və nəticəsi kimsəyə zərər yetirmədən nəticələnən cadulardan ibarətdir.

İkinci növə isə qara maqiya daxildir. Adından da göründüyü kimi bu maqiyadan istifadə hər zaman şərə, zülmətə, əzaba və lənətə əsaslanır. Maqiyanın bu növü ilə məşğul olanlara birbaşa İblis yardımçı olur. Qara maqiyanın nə üçün belə amansız vasitə kimi insanlığa təhlükə yaratdığını öyrənmək üçün gəlin elmi və dini həqiqətləri nəzərdən keçirək. Bizə məlumdur ki, İblis Allahın qəzəbinə düçar olmuş ən hörmətli mələklərdən biri olmuşdur. Lakin insana qarşı göstərdiyi etinasızlığa görə Allah tərəfindən lənətlənmişdir, amma müəyyən bir dövrə qədər (qiyamət gününə kimi) insanları öz hakimiyyətinə alacağını sübut etmək üçün Allahdan möhlət almışdır. Bu həqiqət tək İsalm dinində yox, bütün dinlərdə dönə-dönə təkrar edilir və İblisə uymamaq tövsiyyə edilir. Burada sual oluna bilər ki, insanları İblislə ittifaq bağlamağa vadar edən bəs nədir?

Mütəxəssislər bunu belə cavablandırırlar ki, bunu törədən səbəb psixi və sosial zərbələrdir. Məsələn, insan həyatda arzularını həyata keçirə bilməyəndə, başqa insanlar tərəfindən ədalətsiliyə məruz qalanda cəmiyyətdən inciyir, onda qisas hissi yaranır və intiqam almaq üçün hətta İblislə də ittifaq bağlamağa, ona sitayiş etməyə belə hazır olur. Məlum olur ki, əvvələr təhqirə, sarsıntıya və əzaba məruz qalan hər bir insan qisas almaq üçün alışıb yanır və insanlara əzab vermək üçün Şeytana bağlanır. Deməli şərdən şər törəyir. Məhz buna görə də Allah peyğəmbərlər vasitəsilə insanları yalnız xeyir işlər görməyə dəvət etmişdir.

Ağ maqiyanın növləri: Ağ maqiyaya əsasən caduların və lənətlərin insan ruhu üzərindən götürülməsi, sonu bədbəxtliklə nəticələnən hadisə silsilələrinin dayandırılması, gözəllik, xoşbəxtlik, uğur və s. kimi əməllər daxildir.

Qara maqiyanın növləri: Psixi, fiziki hücum və lənətlənmə. Qara maqiyanın bir çox növləri olsa da biz əsasən ən çox işlənənlər haqqında danışacağıq. Yuxarıda adı çəkilən bu növlərin yerinə yetirilməsi üçün həyata keçirilən əməliyyatlar olduqca mürəkkəb elementlər toplusundan ibarətdir və xüsusi incəliklər tələb edir. Məsələn, insanı lənətləmək üçün oxunan cadu zamanı səsin tonunun alçaldılıb-yüksəldilməsi, cümlənin bir neçə dəfə təkrarı və hər dəfəsində də səs tembrinin getdikcə yüksəldilməsi buraya aiddir.

Maq fiziki hücum zamanı zərər vermək istədiyi insanı təsəvvürünə gətirib onun fiqurunu yaradır və sonra ona fiziki zərbə yetirmək üçün fiquru zədələyir. Bu zaman paralel olaraq həmin şəxs də fiziki cəhətdən mütləq zədələnir. Psixi hücum zamanı isə əsasən sözlərdən istifadə olunur və bu bir növ qarğışı xatırladır. Amma lənətlənməyə gəldikdə isə bu sadə olduğu qədər də mürəkkəbdir. Burada əsas cümlənin aydın tələffüzü və məntiqli olmasındadır. Məsələn, maq hansısa insanı lənətləmək istədiyi zaman həmin şəxsin adını çağırır və daha sonra onu müəyyən bir anlayışla müqayisə edib, lənətləyir. Maraqlıdır ki, həmin şəxsin üzərindən lənət götürülməyənə qədər o, əzablar içində çabalayacaq.

Əlaqələrin və xoşbəxtliyin məhvi: Satanizm. Nəhayət qara maqiyanın əsas növü olan nekromantiyadan danışaq. Bu, ölmüş insanların ruhlarının çağıırılmasını özündə ehtiva edən qorxunc prosesdir və öz mənşəyi etibarilə spiritizmlə əlaqədardır.

Ölmüş insanları, daha doğrusu, onların ruhlarını çağırmaq üçün yerdə xüsusi fiqurlar cızılır ki, bu fiqurların hər bir küncü olduğu yerin (məsələn, otaqdadırsa otağın) künclərinə bərabər olmalıdır. Daha sonra niyyət edilmiş saatda aydın tələffüz ediən xüsusi sözlərlə ruhların çağırılması başlayır. Ən mürəkkəb nekromantiya əməliyyatı zamanı ölülərin canlandırılması və hətta ruhların mübadiləsi də aparıla bilər. Amma bu o qədər qorxunc və təhlükəlidir ki, maqların özü də çox vaxt ən çətin şəraitə düşsələr də bu cür riskə getməkdən imtina edirlər.

Sonda ən başlıca cərəyan olan satanizm haqqında bir neçə söz deyək. Bu, şeytana ibadət edənlərin dünya üzrə yayılmış cəmiyyətlərinin ümumi adıdır. İnsanlara nifrət edən, həqiqətin olmadığını iddia edən hər bir kəs həqiqəti İblisə ibadətdə görür. "Bir halda ki, şər həmişə xeyiri məğlub edir, onda nə üçün şəri həqiqət hesab etmirik?!”-deyə düşünənlər özlərinə bu yolu seçirlər.

Satanizmin dini sekta kimi yaradılması XIX əsrə təsadüf edir. Həmin dövrdə Fransada yaşayan yəhudi əsilli Elifas Levi satanizm cərəyanını yaymağa başlamışdı. Maqiyanın ən qatı mərhələsi olan satanızm bir müddət keçdikdən sonra yeni mərhələyə qədəm qoyur və həmin dövrdən başlayaraq dünyaya yayılır. Məsələn, satanistlərin "Qara messa” adlanan dini ayini zamanı İblisə qurban vermək üçün yeniyetmə və bəkarətli oğlan uşaqlarını öldürürdülər. 90-cı illərdə Amerika polisi hər il 40 minə yaxın uşağın yox olduğnu və 5 minə qədər tanınmayan uşaq meyidinin aşkar olduğunu ictimaiyyətə çatdırmışdılar. Amma bunun kim tərəfindən edildiyi məlum olsa da sübuta yetirilə bilinmirdi. Səbəblərdən biri kimi isə küçə qadınlarının doğduqları uşaqları satanist cəmiyyətlərinə 600 -700 dollar civarında könüllü surətdə satılması göstərilirdi.

Satanizmə əsasən iblisə yaxınlaşmağın 7 səviyyəsi var:
1. Falcılıq və ənənəvi magiyanın sadə formaları ilə məşğul olanlar. (Bu haqda yuxarıda qeyd etmişik).
2. Spirtizm, alkoqol, narkotiklərə və "ağır rok" tipli musiqiyə aludəçilər.
3. Kortəbii satanist qrupları. Narkotik aludəçilər və bəzi xırda "qara messalar"ın iştriakçıları. Onların messalarında heyvan qurban verir (əsasən pişiklər seçilir- Qədim Misirde pişik şərə və İblisə qarşı mübarizə aparan qəhramanların simvoludur).
4. "İblis kilsəsi", "Seta məbədi" və bu qəbildən olan digər təşkilatlar. Onlar əsasən gəncləri bu qruplara cəlb etməyə çalışırlar.
5. Satanistler ("möhkəm özək"). Onlar insan qurbanvermə ayinlərini yerinə yetirirlər. Gizli fəaliyyət göstərdiklərindən onların mövcudluğunu isbat etmək çətindir.
6. Adeptlər. Onlar İblisi görməyə qadirdirlər və bəzi cinlər üzərində hakimiyyətə malikdirlər.
7. Ali səviyyə. "Sırf iblis pərəstişkarları". Onlar öz iradə və şəxsiyyətlərini İblisə bəxş edirlər.
İblissevərlər gəncləri öz təşkilatlarına cəlb etməyə daha çox maraqlıdırlar. "Yeniyetmə ilə əlaqə yaradandan sonra onu göruşə cağırır, havayı narkotik və seksual əyləncə vəd edirlər. Daha sonra isə onun arzuolunmaz vəziyyətdə (məsələn, ən yaxşı halda narkotik maddə qəbul etmiş vəziyyətdə) şəkilini çəkir və şantaj edirlər. Bu cür şənliklər "heve metal" musiqi sədaları altında keçir. Narkotik uyma zamanə bu musiqi birbaşa şüura təsir edir və nəticədə insan sanki özünü mahnının sözləri və musiqisi ilə eyniləşdirir, onları dərindən qavrayır."

Azərbaycanda bu cür cəmiyyətlər demək olmaz ki, yoxdur. Lakin onlar fəaliyyətlərini gizli şəkildə davam etdirirlər. Sonda qeyd edək ki, Satanist cəmiyyətlərinə könüllü üzv olanlar hansısa sağalmaz dərdə mübtəla olanlar, ailələri tərəfindən atılmışlar, tərk edilmişlər və s. bu kimi insanlardır. Ə. Haqverdiyevin "Pəri cadu” dramının süjet xəttini də əsasən bu mövzu təşkil edir. Odur ki, haqq yoldan sapmayın və ətrafınızdakılara daim mərhəmət göstərin.


Müəllif: Nurlan Məmmədov



Просмотров: 4730 | Добавил: dudo | Рейтинг: 3.5/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Dil seçimi
Block title
Axtar
Tərcümə
Xəritə
Copyright MyCorp © 2024