Çərşənbə axşamı, 14.05.2024, 03:03
İstedadlı insanlar bəşəriyyətin çox nadir insanlarıdır
Baş səhifə | | Qeydiyyat | Giriş
Menyu
SmS göndər
İstifadəçi adı 994
Şifrə
Şifrəmi unutdum | Qeydə alın


Facebook qrupları

Təqvim
«  İyun 2010  »
BeÇaÇCaCŞŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930

 Bakı
+39C/+22C 
 Gəncə
+38C/+24C 
 Naxçıvan
+39C/+22C 
 Şuşa
+28C/+15C 
 Lənkəran
+36C/+24C 
 Salyan
+36C/+24C 
 Ağdam
+37C/+24C 
 Şəki
+35C/+23C 
 Quba
+33C/+22C 
 Tokio
+11C/+5C 
Bizim sorğumuz
Sayta münasibətiniz
Всего ответов: 25
IP adress

free counters


Saytda 1
Qonaq 1
İstifadəçi 0
HTML

Главная » 2010 » İyun » 27 » Fuad Qasımovla müsahibə
00:49
Fuad Qasımovla müsahibə

Uçan Naməlum Obyektlər Yer kürəsini nəzarətə götürüb   

  Onların poliqonu Xəzər dənizində yerləşir
  Uçan Naməlum Obyektlər (UNO) mütəmadi olaraq insanların diqqətini özlərinə çəkirlər. Kimisi onlara reallıq, kimisi də qarabasma kimi baxır. UNO və gəlmələr barədə müxtəlif fərziyyələr olsa da, bu sahəni elmi cəhətdən öyrənənlər də var. Müsahibimiz Azərbaycan Milli Aerokosmik Tədqiqatlar İnstitutunun əməkdaşı, ufoloq Fuad Qasımovdur. 

  - Son vaxtlar, təbii fəlakətlərin baş verdiyi ərazilərdə tez-tez UNO-lar müşahidə olunur. 
  - Bu təsadüf deyil. Belə ki, son dövrlərdə baş verən təbii fəlakətlər əslində süni şəkildə yaradılır. Bu isə Yer kürəsində qarşısıalınmaz fəsadlara səbəb ola bilər. UNO-lar bizi bu fəsadlardan qorumağa çalışırlar. Təbii fəlakətləri süni şəkildə biz də yarada bilirik, amma onların qarşısını almaq qeyri-mümkündür. Elə Qəbələ RLS özü də bir növ geofizik silahdır. Onun ionosferdə yaratdığı plazmoidləri müəyyən yerə yönəltdikdə həmin ərazidə təbii fəlakətlər yaratmaq olar. İndi sifarişlə tufan da, zəlzələ də yaratmaq mümkündür. Süni fəlakətlərlə təbii fəlakətlərin fərqini yalnız xüsusi cihazlar müəyyən edə bilər. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ özü də süni mənşəli idi. Bu zəlzələ SSRİ vaxtında ilk tektonik silahı sınaqdan keçirmək üçün aparılan eksperimentin nəticəsi idi. Zəlzələ Alyaskadan yerin 10 min km-lərlə uzunluğu olan dalğaötürən çatlarına təsir etməklə yaradılmışdı. Həmin çatların müəyyən yerlərində nüvə partlayışı edirlər. Bunun nəticəsində güclü enerji o biri başda olan zəlzələ ocaqlarını oyadır. Mənim bu barədə "Yer kürəsi qəza vəziyyətində. 21-ci əsrdə bəşəriyyəti nə gözləyir. Dəhşətli tektonik silahın konturları" kitabım da çıxmışdı. Onu hər yerə - ABŞ prezidentinə, BMT-yə. NATO-ya, NASA-ya göndərdik. Bill Klinton şəxsən Heydər Əliyevə zəng edərək bildirmişdi ki, mən Azərbaycanda belə yüksək səviyyəli mütəxəssislərin olduğunu bilmirdim. Onlar bizim mütəxəssisləri çox-çox qabaqlayıb. Bundan panikaya düşən amerikalılar NATO-nun Avstraliya yaxınlığında Morua adasındakı poliqonunda təcili eksperiment aparmağa başladılar. 5 mini atom partlayışı həyata keçirildi. 6-cı partlayışa hazırlıq aparılarkən nəhəng bir adam əlində böyük bir ekranla gələrək onlara bu partlayışın nəticələrini göstərdi və ABŞ 6-cı partlayışdan vaz keçdi. Sən demə, bu partlayış yer kürəsinin maqnit qüvvə xətlərinə təsir göstərəcəkmiş. Quşlar onların əsasında oriyentasiyanı tuturlar. Bu xətlər Misir ehramlarından da keçir. Onların yerindən tərpənməsi Yer kürəsinin tarazlığını poza bilər. Nəticədə, böyük bir ərazidə əhali qırıla, ya da dəli ola bilər. Artıq belə partlayışlara ehtiyac yoxdur. Elə RLS vasitəsi ilə nə istəsən, etmək olar. Hətta iqlimi də dəyişmək olar. RLS-in yaratdığı müəyyən tezlikli dalğalar Yer kürəsində böyük təhlükələr yarada bilər. 

  - Deməli, Qəbələ RLS üstündə dava buna görə gedir? 
  - Əlbəttə. RLS raketərə nəzarət üçün olsa da, böyük ərazilərə təsir imkanına malikdir. ABŞ üçün əsas təhlükə Rusiya, Rusiya üçün ABŞ-dır. Buna görə də hər iki ölkə RLS-ə sahib çıxmaq istəyir. Onun vasitəsi ilə bütün Şərq ölkələrini, hətta Hind okeanını görmək olar. Bu RLS tam gücü ilə işləsə, 500 km-ə nəzarət etmək olar. Onu modernləşdirməklə radiusunu 3-4 dəfə artırmaq olar. Onda Qafqazı, İranı, demək olar ki, bütün Şərqi nəzarətdə saxlamaq mümkündür. RLS təbii fəlakətdən əlavə, psixotrop silah kimi fəaliyyət göstərə bilər. 7 hers tezlikli dalğa beynin alfa ritmlərinə təsir edir, bundan insan dəli ola, ya da ölə bilər. Bu kimi dalğalar insanın genlərinə də təsir etdiyi üçün Qəbələdə uşaq ölümü, anormal uşaqların doğuşu çox olur. 

  - Piramidaların gəlmələrin vasitəsi ilə tikildiyi barədə də fərziyyələr var... 
  - Eramızdan əvvəl yaradılan bu kimi meqalitlər sadəcə insan əli ilə düzəldilə bilməzdi. İnsanlara gəlmələr kömək edib, özü də müəyyən məqsədlə. Məsələn, piramidaların forması elədir ki, onlar kosmik enerjini toplayır və Yer kürəsi ilə kosmos arasında əlaqə yarada bilirlər. Biz hələ də bunu tam dərk edə bilmirik. Vaxtilə radioteleskoplar, RLS-lər vasitəsilə kosmosa siqnal göndərirdilər. Bu dalğaların necə zərərli olmasını bilmirdilər. Piramidalar isə zərərsiz işləyir. 

  - UNO-ların Yer kürəsinə gəlişində başqa məqsədlər də var? 
  - UNO-lar müxtəlif ərazilərdə tarlalara müəyyən işarələr - piktoqramlar həkk ediblər. Amma alimlər hələ ki, onların mənasını aça bilmirlər. Onu da deyim ki, UNO-lar müxtəlif sivilizasiyalardan gəldikləri üçün məqsədləri də müxtəlifdir. Onların əsas məqsədi Yer kürəsini bizim özümüzdən qorumaqdır. Biz burada elə mühit yaratmışıq ki, ekoloji problemlər nəinki bizə, hətta kosmosa da təsir edir. Soruşula bilər - Yer kürəsi Kainat miqyasında nöqtə kimi zərrəcikdirsə, onun varlığı və ya yoxluğu Kosmos üçün nə əhəmiyyət daşıya bilər? Məsələ burasındadır ki, Yerdə yaranan neqativ enerji son nəticədə kainatı belə dağıda bilər. Buna görə də gəlmələr bizi ağıllandırmağa çalışırlar. Bəzən UNO-lar bu məqsədlə insanları oğurlayıb bədənlərinə implantant yerləşdirirlər ki, bizi hər yerdə izləsinlər. 
  Hələ 1977-ci ildə gəlmələr qarşımıza ekoloji tarazlığa riayət etmək barədə şərtlər qoyublar. Bu şərtlərə tam riayət etsək, onlar öz super texnologiyalarını bizimlə bölüşəcəklər. Əks halda, Yer kürəsi bizi məhv etmək istəyən sivilizasiyaların öhdəsinə buraxılacaq. 

  - UNO supertexnologiyaya malikdirsə, qəzaya necə uğrayır? 
  - UNO-ların qəzaya düşməsinə səbəb digər UNO-lardır. Sivilizasiyalar arasında da münaqişə gedir. Əlbəttə ki, bu sivilizasiyalardan biri də o birindən üstündür. İqtidarca Allaha yaxın sivilizasiyalar var. 

  - Bəzi UNO-ların başqa qalaktika və planetlərdən deyil, Yerin təkindən gəldiyini də deyənlər var. 
  - UNO-lar üçün nə məsafə, nə də məkan problem deyil. Onlar molekulyar deyil, lepton, yəni ruh materiyadan təşkil olunduğu üçün, Yer kürəsinin altında da mövcud ola bilərlər. 
  Azərbaycan ərazisində UNO daha çox Şamaxı, Daşkəsən, Lənkəran, xüsusilə də Bakı ərazisində müşahidə olunur, çünki onların bazaları Xəzərin Pirşağı və Nardaran arasında yerləşən hissəsində yerləşir. Gəlmələr zamanı əyə bilirlər. Buna görə də uzaq məsafədən gələ bilirlər. Biz bunu hələ başa düşmürük. Zaman da məkan kimi hissəcikdir - kvantdır. Bizim dünyada zaman bir istiqamətdə gedir. Kosmosda isə belə deyil. Keçmiş, indiki və gələcək zamanlar paralel olaraq mövcuddur. Bir zamandan digərinə adlamaq mümkündür. 

  - UNO-lar açıq şəkildə üzə niyə çıxmır? 
  - İnsan qarışqa ilə danışa bilir? Biz də onlar üçün qarışqayıq. Onlar istəyəndə bizimlə telepatik dildə və ya öz dilimizdə də danışırlar. Kənardan elə görünür ki, onlar bizim həyatımıza müdaxilə etmirlər. Əslində isə bizi idarə edirlər və onlar daima yaxınlığımızdadırlar, sadəcə, gözə görünmürlər. Nepalda Himalay dağlarında onların sivilizasiyasının baş qərargahı var. Son vaxtlar UNO-ların çoxalması Yer kürəsində ekoloji vəziyyətin olduqca pisləşməsindən xəbər verir. 

  - Ufologiya Allahı inkar etmirmi? 
  - Dünyada tənha olmağımızı özümüz hesab edirik. Amma dünyanın ucu-bucağı yoxdur. Hər qalaktikada 100 milyard ulduz var. Qalaktikalar özü isə 100 milyondur. Buna görə də həyatın yalnız bizim planetdə olması qeyri-mümkündür. Bugünkü elm artıq Allahı inkar edə bilmir. Çünki Yer kürəsinin yaranmasını elmi cəhətdən izah etmək qeyri-mümkündür. 
  Məhəmməd peyğəmbər özü də UNO-ların dəfələrlə şahidi olub. Bu, 3-cü göz vasitəsi ilə mümkündür. Stresdə, qəzada 3-cü göz açıla bilər. Onda insan bilmədiyi elmlərə yiyələnir. Bizdən öncəki sivilizasiyanın sakinləri elmə bu yolla yiyələnirdilər. 

  - İşlərinizə dəstək verən varmı? 
  - Bizdə bu işlərə hələ də inamsızlıqla, lağla yanaşırlar. Sovet dövründə isə elə qadağa qoyulmuşdu ki, ondan danışanı dəlixanaya salırdılar. Eynşteynə görə, heç bir maddi cisim işıq sürətini keçə bilməz. Bəs, UNO necə keçir? Deməli, yeni təfəkkür yaratmalıyıq, bunun üçün də ənənəvi elmdən daha qabağa getməliyik. Biz elmi araşdırmaları öz təşəbbüsümüzlə aparırıq. Amma eksperimentlər aparmaq üçün dövlət maliyyə dəstəyi göstərməlidir. Bu işlə məşğul olan qurum yoxdur. Mən isə təkəm. Bununla belə mənə maneçilik törədirlər. Sıxışdırıb məndən məlumat almaq, bütün informasiyanı ələ keçirmək istəyənlər var.

Müəllif:  Elşad ÜMİD

Просмотров: 517 | Добавил: dudo | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Dil seçimi
Block title
Axtar
Tərcümə
Xəritə
Copyright MyCorp © 2024