Fransız ufoloqu Emme Mişel bir dəfə belə bir eksperiment aparmışdır. O,
Fransanın xəritəsində UNO müşahidə olunduğu yerləri qeyd etmişdir.
Müəyyən olunmuşdur ki, bir gün ərzində UNO-ların müşahidə olunması
barədə məlumatlar xəritədə düz xətt boyunca yerləşən yerlərdən gəlir.
Özü də söhbət düz xətt boyunca uçan bir UNO-dan deyil, müxtəlif formaya
malik fərqli "aparatlar”dan gedirdi. Mişel bunu qanunauyğunluq hesab
etmiş və bu barədə "Sirli izaholunmaz obyektlər” kitabında söz
açmışdır. Bu cür müşahidələri yeni zelandiyalı Bryus Kati də
aparmışdır. Kati də Avstraliya və Yeni Zelandiyanın xəritələrində
UNO-ların müşahidə olunduğu yerləri işarə etmişdir. Bütün bu nöqtələr
üfüqi və şaquli düz xətlər boyunca düzülmüşdülər. Özü də bu xətlər düz
bucaq altında kəsişərək kvadrat tor əmələ gətirirdilər ki, kvadratın bir
tərəfi 33 dəniz milinə (1 mil = 1852 metr) bərabərdir. Ufoloqlar
Reymon Lavye və Şarl Qarro bu rəqəmlərin doğruluğunu yoxlamaq üçün
Fransa xəritəsi üzərində Bryus Kartinin eksperimenti təkrar etdilər.
Eyni nəticə əldə olundu: hər tərəfi 33 dəniz milinə bərabər kvadrat
əmələ gəldi. Sözügedən tədqiqatçılar hesab edir ki, dünyanın
müxtəlif yerlərində bu cür torun əmələ gəlməsinin təsadüf olma ehtimalı
azdır. Belə görünür ki, özgə planetdən gələnlər yer kürəsinin xəritəsini
kvadratlara bölmüşlər və ardıcıl olaraq bu kvadratları tədqiq edirlər.
Yəni, yerdə yaşayan alimin hər hansı ərazisini tədqiq etmək üçün nə
edərdisə onu icra edirlər. Doktor S.Fridmanın ehtimalına görə
planetimiz inkişaf mərhələsinin çox aşağı səviyyəsindədir və buradan
genetika üzrə eksperimentlər aparmaq üçün nümunələr seçmək, eləcə də
daimi müharibələr, təbiətin məhv edilməsi, idarəolunmaz iqlim və s.
şəraitində yaşayan ibtidai cəmiyyətimizin inkişafını müşahidə etmək
olar. 1961-ci ilin fevral ayında Avropadakı NATO qüvvələrinin
radarları Sovet İttifaqı istiqamətindən yaxınlaşan bir neçə uçan aparatı
qeydə aldı. Bir neçə saniyə sonra onlar Qərbi Avropanın hava məkanına
daxil oldular. Uçan obyektlərin sürəti və manevrliliyi heyranedici idi.
Həyəcan siqnalı ilə havaya qırıcı təyyarələr qaldırıldı. Ancaq, bu an
uçan obyektlər radarların ekranından itdi. NATO qoşunlarının
komandanlığı obyektlərin taktiki-texniki xarakteristikalarını təhlil
edərək belə bir nəticəyə gəldilər ki, dünyanın heç bir dövlətində belə
uçan aparatlar yoxdur. Elə həmin il NATO qüvvələrinin aviasiya marşalı
Tomas Payk bu obyektlərin xüsusiyyətini və mümkün təhlükəsini öyrənmək
üçün məxfi qrupun yaradılması barədə əmr verdi. 1963-cü ilin mayında
peşəkar əks-kəşfiyyatçı Bob Din qrupa qoşuldu. Ehtiyac qrupu kömək üçün
bu mütəxəssisə müraciət etməyə vadar etmişdi: UNO problemi barədə məxfi
sənədlər və məlum olmayan şəraitdə qrupun iki üzvü itkin düşmüşdü. Bob
qrupa gəldikdən sonra "Tam məxfi” qrifi altında saxlanılan sənədlə
tanış oldu. Bu çoxsaylı illüstrasiya, qrafik və rəqəmlərdən ibarət ağır
cild qrupun iki illik zəhmətinin nəticəsi idi. Sənəddən məxfilik qrifi
hələ də götürülməməyinə baxmayaraq Bob Din dövlət sirrini pozmaqda və bu
sənədin bəzi hissələrini çap etməkdə özündə cəsarət tapdı. 1. Yer
planeti bir neçə yad planet sivilizasiyası tərəfindən intensiv və geniş
şəkildə müşahidə olunur. Onların texnologiyaları imkanlarına görə
yerdəkiləri min illərlə qabaqlayır. 2. Müşahidələr və onların bir
neçə min il ərzində aparılması faktı xüsusi plan və proqramın
mövcudluğundan xəbər verir. 3. Hərbi kəşfiyyatın məlumatlar yad
planetlər tərəfindən birbaşa təhlükənin olmamağını bildirir. Ancaq, bəzi
faktlar onların dövlət işlərinə müdaxilə etmək potensialını təsdiq
edir. Bu sənədin surəti 60-cı illərin ortalarında NATO üzvü olan
bütün ölkələrin başçılarına təqdim olunmuşdur. 1964-cü ilin yanvar
ayında ABŞ-nın Arizona ştatında yer-hava tipli raketlə özgə planetə
məxsus kosmik gəmi vurulmuşdur. Gəminin düşdüyü yerə gəlmiş
mütəxəssislər gəminin çoxsaylı qırıqlarını, naməlum aparatın hissələrini
və bir neçə cəsəd tapmışlar. Cəsədlər boz dərili, boyu 110-120
santimetr, insanın kəllə sümüyü ilə müqayisədə böyük kəllə sümüyünə
malik məxluqlara məxsus idi. Qırıntıların arasında özgə planetdən gəlmiş
məxluq tapılmışdır. O, ABŞ-nın Arizona ştatında HHQ-nin məxfi bazasında
bir neçə ay saxlanılmışdır. Şöbənin əməkdaşları onunla ünsiyyət qurmağa
nail olmuşdular. Özgə planetdən olanın sorğu-sual materialından: -
Kənar sivilizasiyaların təmsilçilərini hansı obyektlər maraqlandırır? -
Hökumət və hərbi müəssisələr, sənaye obyektləri. - Siz öz
məqsədlərinizə nail olmaq üçün hansı vasitələrə maliksiniz? -
Miniatür izləmə aparatı, agent-hibridlər şəbəkəsi. - Onları təsvir
edin? - Birincilər audio-vizual məlumat ötürən, 2 millimetrdən böyük
olmayan cihazlardır. İkincilər bizim planetin adamlarının DNK-sının yer
planetini adamlarının DNK-sı ilə birləşdirilməsi ilə süni yaradılmış
məxluqlardır. Hibridlər zahirən insanlara oxşayır, ancaq, güclü
psixoloji qabiliyyətlərə malikdirlər ki, bu əsasən telepatiya və
telekinezdir. Özgə planetdən gələn məxluq bu bazada naməlum xəstəlik
səbəbindən ölmüşdür. Hərbi kəşfiyyat diversiya versiyasının istisna
etmirdi. Şöbənin iki əməkdaşı şübhəli bilindi. Bir neçə ay sonra onları
həbs etməyə cəhd etdilər. Saxlanma zamanı onlardan biri öldürüldü.
Digəri, yəqin ki, hazırlanan əməliyyat barədə məlumat alaraq gizləndi.
Öldürülən şəxsin cəsədi yarıldı və onun genetik kodları tədqiq edildi.
Analiz göstərdi ki, onun quruluşu, genetik zənciri və hüceyrədaxili
prosesləri insandakı quruluş və proseslərlə uyğun gəlmir. Mütəxəssislər
1965-ci ilin aprel-may aylarında özgə planetlərə məxsus izləmə
cihazları aşkar etdilər. Onlar əsasən əməkdaşların paltarlarında
yerləşdirilmişdi, ancaq, bir neçə implantant – burunun selikli qişasına
və başın dərisinə yerləşdirilmiş cihazlar da müəyyən olunmuşdur. 1967-ci
ilin qışında qrupun qərargahının üzərində UNO peyda oldu. Uçuş 500-700
metr hündürlükdə aşağı sürətlə həyata keçirilirdi. Birinci səfərdən bir
neçə gün sonra növbəti səfər oldu. Bu zaman analitiklər qrupundan bir
nəfər xəbər-ətərsiz yoxa çıxdı. Buna görə də, 1967-ci ildə ali
komandanlığın əmri ilə qrup ləğv edildi. Hələ bir neçə on il bundan
əvvəl alimlər Ştremer və Van der Pol səmaya göndərilən radiosiqnallardan
sirli radio əks-səda aldılar, sanki hansısa obyekt onları yer kürəsinə
fərqli tezlikdə əks etdirirdi. Kənar sivilizasiyalar üzrə mütəxəssis
R.Breysul belə güman etdi ki, bu planetimizin ətrafında gizlicə fırlanan
özgə planetin zondunun "əməli”dir. Sonrakı tədqiqatlar bu fikri nə
təsdiq, nə də təkzib edə bilmədi. Bəs bu doğrudursa, onda necə?
Gəlin yer kürəsini zəbt etmək qərarına gəlmiş özgə planetdən olanların
mümkün fəaliyyətlərini təsəvvür edək. UNO-dən gizlicə desant endirilir
və bir neçə gizli baza yaradılır. İnsan simasına malik gəlmələr yer
kürəsindəki strukturlara yerləşdirilir ki, sivilizasiyamızı "lazımi
istiqamətdə” yönləndirsinlər. Aparıcı ölkələrin elmlər akademiyalarını
nəzdində UNO və gəlmələrin fəaliyyəti ilə bağlı digər "möcüzələr”in sırf
yer kürəsinə aid səbəblərlə izah edən qruplar yaradıla bilər. Bundan
başqa, "Ulduz müharibələri” kimi proqramların hazırlanmasını qadağan
etmək lazımdır ki, insanlar xarici təcavüzə qarşı kosmik silahdan
istifadə edə bilməsin. Bu mövzu üzrə fəaliyyət göstərə alimləri isə
aradan götürmək yaxşı olardı. Əksər qəzetlər "yer kürəsini yad
planetin müdaxiləsindən qorumağa qadir kosmik layihə üzərində çalışan
ingilis alimləri müəmmalı şəraitlərdə ölür” deyə yazırdılar. Niyə? Bu
1986-cı ilin oktyabrında Bristolda baş vermişdir. Qəşəng kostyum
geyinmiş bir kişi ipin bir ucunu səliqə ilə ağaca bağlamış digər ucunu
halqa edib boynuna keçirmiş və öz maşının qaz pedalına basmışdır. Ölüm
ani olmuşdur. Hadisə yerinə gəlmiş polis vəfat etmiş şəxsin
portmanetindən professor Ərşad Şərifin adına olan sənədləri tapmışdır.
Qəzetlərdə bunun sui-qəsd olduğu yazılmışdı. Belə görünür ki, kimsə
sui-qəsd etmək istəyən professor Şərifin nədənsə Londondakı evindən yüz
kilometr uzağa Bristola getməsi kimi maraqlı fakt barədə
maraqlanmamışdır. Bu arada daha bir londonlu professor Vimal
Dazibay özünü Bristol körpüsündən atmaq üçün eyni məsafəni qət etmişdi.
Həyəcanlandırıcı təsadüfdür, xüsusən də bu alimlərin eyni mövzu -
ABŞ-dakı "Ulduz müharibələri”nin analoqu olan ingilis hökumətinin
proqramı üçün elektron silah hazırlanması üzərində işləyirdilər. Daha
bir maraqlı detal həm Şərif, həm də Dazibay UNO-larla maraqlanırdılar... Müstəqil
araşdırma aparmaq istəyən tanınmış amerikan yazar Sidni Şeldon aşkar
etmişdir ki, UNO və ulduz silahı ilə məşğul olan ingilis mütəxəssislərin
müəmmalı ölümləri 1987-ci ildə davam etmişdir. … 1987 –ci ilin
yanvar ayı. "Sinq-Qada”nın müəllifi itkin düşmüş və öldüyü
bildirilmişdir. … 1987-ci ilin fevralı ayı. Piter Piqeqelin qarajda
özü maşını ilə basılıb öldürülmüşdür. … 1987-ci ilin mart ayı. Devid
Senyas maşınını yüksək sürətlə kafeyə çırparaq özünü öldürmüşdür. …1987-ci
ilin aprel ayı. Mark Vizner özünü asmışdır. …1987-ci ilin aprel ayı.
Stuart Qudinq qətlə yetirilmişdir. …1987-ci ilin aprel ayı. Devid
Qrinxalq körpüdən yıxılmışdır. …1987-ci ilin aprel ayı. Şani Uorenn
suda boğulmuşdur. …1987-ci ilin may ayı. Maykl Beyker yol qəzasında
ölmüşdür. Şeldonun məlumatına görə ümumilikdə qısa müddət ərzində
Şərif və Dazibayın ardınca onların iyirmidən çox həmkarı o biri dünyaya
göndərilmişdir. Dəqiq desək 23 nəfər. Bunu sadə təsadüf hesab etmək
olarmı? Bu bir təsadüf deyilsə, onda necə? Kosmik tədqiqatların
atası, Amerikanın milli qəhrəmanı, məşhur astronavt Qordon Kuper dərin
hörmətə malikdir. Onun barəsində çoxsaylı kitablar yazılıb. Buna görə də
onun 90-cı illərin sonunda UNO ilə canlı (!) əlaqələri əsl şoka səbəb
olmuşdu… Amerikanın "qaqarin”inin səmimiliyinə şübhə etmək
ağılsızlıqdır! Kosmik tədqiqatların veteranı UNO ilə görüşlərini
jurnalistlərlə söhbətində ətraflı təsvir etmişdir. O, soyuq müharibənin
başlanğıcında - 50-ci illərin əvvəllərində öz həmkarı ilə Almaniya
üzərində "qəribə işıqsaçan disklər”i təqib etmişdi. Kuper gəncliyində
debütant pilot olarkən ABŞ-nın hərbi bazasında xidmət etmiş və tez-tez
"səmada vals oynayan” qəribə obyektlər görürdü. Onda Kuper səmanın bu
cür hədiyyələr baxımından neyə belə əliaçıq olmasını anlamırdı və belə
izaholunmaz obyektləri məxfi hərbi eksperimentlərə aid edirdi. Baş
verənlərə hakimiyyətin münasibəti Kuperi həyəcanlandırırdı. Növbəti
"işıldayan obyektlər”dən sonra onlar şahidlərə gördükləri barədə məlumat
verməyi qəti qadağan etdilər və mətbuata yanlış məlumatlar verdilər. «Yaxşı
yadımdadır ki, "ONLAR” yüngül, parıltılı quşlar tək, öz ideal quruluşlu
"gövdə”ləri ilə göydə necə süzürdülər. Onlar necə də zərif idilər! Çox
vaxt bu qəribə "quşlar” göz önündəcə çoxalırdılar. Bir diskdən toz kimi
onlarla kiçik disk ayrılırdı. Onların hərəkəti ilk baxışda xaotik
görünürdü, ancaq, diqqətlə baxdıqda onların müəyyən uçuş planının
olduğunu yəqin etmək olurdu. Biz pilotlardan heç kəs bu "quşlar”a çata
bilmirdi. Onların sürəti bizim "yazıq” maşınlarımız üçün əlçatmaz idi.
Demək olar ki, biz bir dəfə də olsun rəhbərliyin əmrini yerinə yetirə
bilmir və bazaya əliboş qayıdırdıq. Bazanın bütün işçilərinə aydın
şəkildə başa salırdılar ki, bu barədə kənarda hər hansı məlumata görə
biz və ailələrimiz amansız şəkildə cəzalanacaq…» Qordon Kuper 1957-ci
ildə "Edvars” HHQ bazasında sınaqçı pilot olur. O hərbi operatorların
UNO-nun düşdüyü yerə getdikləri gün növbədə olduğunu xatırlayır. "Mən
operatorların çəkdiyi materialı izlədim, - Kuper deyir. Planetlərarası
qəribə gəminin hansı formada olduğu və qurumuş gölün dibinə neçə düşməsi
yadımdadır. Diametri təqribən 9 metr olan nəhəng gövdə ortadan ikiyə
bölündü. Ətrafa səpələnmiş qırıqlar çox yüngül dəmirdən düzəldilmişdi.
Elastik "rezin” kağızaoxşar dəmirin hissələrini cızmaq və ya kəsmək
mümkün deyildi. "Kağız”ı buranda və ya bir neçə dəfə qatlayanda o dərhal
ilkin vəziyyətinə qayıdırdı. Hətta mənim kimi elmi tədqiqatlardan başı
çıxmayan şəxs də bu materialın planetimizdən kənarda düzəldiyini
anlayırdı.” Ancaq, Kuper məlumatlarının ikinci hissəsi şokedici,
hətta fantastikdir. "Mən uzun müddət Rozuell bazasında
(xatırlayırsınızsa 1947-ci ildə UNO məhz burada qəzaya uğramışdı) xidmət
edən bir zabiti şəxsən tanıyıram. O mənə deyirdi ki, Rozuelldə baş
verənlərin hamısı həqiqətdir. Meteozondun qəzaya uğraması barədə
məlumatlar həqiqəti ört-basdır etmək üçün verilmişdi. Ancaq, o vaxt
bazada işləyənlərin hamısı bir neçə başqa planetdən gələnlərin cəsədini
yarılma üçün laboratoriyaya aparılmasını görmüşdü. Sonradan dostum Uayt
Sendz bazasında xidmətə keçirilmişdi, burada onun vəzifələrinə "hökumət
qonaqları”na saxta sənəd, pasport və rəsmi sənədlərin yazılması daxil
idi. Bu naməlum "qonaqlar” kim idi? Niyə onlara tipik amerikan ad və
soyadları verilirdi? Niyə onlar müxtəlif ştatlarda yerləşdirilir, yüksək
vəzifələrə təyin olunur, yerli əhali ilə assimilyasiya edilirdilər?
Bəlkə bunlar yerdə özünə ev qurmuş başqa planetdən gələnlər idi? Dostum
bu ehtimalları təkzib etmirdi. O bu "qonaqlar”ın xidmət müqabilində
amerikan hökumətinə xalis platin ilə ödəniş edildiyini və qabaqcıl
texnologiyalar sayəsində onlarda bu metalın bol olmasını da bildirmişdi…
Mən tez-tez amerikan hökumətinin bu və digər faktları təkzib etməkdə və
gizlətməkdə hansı məqsədi güdməsi barədə düşünürdüm.” Kuper Uayt
Sendz bazasında xidmət edən dostu ilə çoxsaylı söhbətlərindən birini də
xatırlayır. Dostu ona hökumətin seçilmiş incəsənət xadimləri ilə
insanların "beyninin yumşaldılması” "döyüşdən” əvvəlki hazırlıq kimi bir
şey barədə gizli razılaşma olması barədə də məlumat vermişdi. Müəyyən
olunmuşu ki, bu seçilmiş xadimlər arasında rejissor Stivin Spilberq də
var. Ona öz gerçəkliyi (!) ilə şoka salan – "Özgə planetdən gələn”
"Üçüncü dərəcəli yaxın əlaqələr” filmlərini çəkmək imkanı verən unikal
sənədlər təqdim olunmuşdu. Yoxsa bu "ONLAR”ın tezliklə gələcəyi barədə
insanların şüuruna məlumat yeridilməsi üçün edilmişdi? İnsanların
əksəriyyəti UNO-lara inanmır və onlar barədə olan məlumatları "jurnalist
fantaziyası” hesab edir. Yerdə isə qəribə hadisələr baş verməkdədir.
İnsanlıq bioloji növ kimi göz önündə dəyişir. "Əlaqə quran”ların, "özgə
planetlərdən gələn səs” eşidənlərin, fenomenal ekstrasensor bacarıqlara
malik insanların sayı artmaqdadır. Alimlər bunu əhəmiyyətli dərəcədə
zəifləmiş yer kürəsinin maqnit sahəsinin dəyişməsi ilə əlaqələndirir.
Akademik V.Kaznaçeev kinomaqnit kameralarda bu faktı sübut etmişdir. Bu
kameralar vasitəsilə Yer kürəsinin maqnit sahəsindən təcrid olunmuş
insanlarda telepatik və digər qeyri-adi bacarıqlar yaranırdı. Ancaq, Yer
kürəsinin maqnit sahəsinin təbii şəkildə dəyişilməsinə kim zəmanət verə
bilər? Hər bir canlı sistemin, o cümlədən insanın qravitasiya
dalğaları yayması barədə fərziyyə mövcuddur. Yəni, hər bir canlı
orqanizm ətrafında şəxsi qravitasiya sahəsi var. Şəxsi qravitasiya
sahəsi müəyyən səbəblərdən əhəmiyyətli dərəcədə genişlənərsə Yer
kürəsinin təbii qravitasiya sahəsi ilə qarşılıqlı təsirə girir və bəzən
onu "söndürür”. Bu "çəkisizliy”in təsir zonasında əks olunan
"qravitasiyanın itməsi” və "çəkisizlik” effekti də buradan yaranır. Bu
fərziyyə qəbul edildiyi təqdirdə, şüurumuzda formalaşmış əksər "klassik
təbiət qanunları”nı şübhə altına qoyur və ya onların üstündən xətt
çəkir. Buna görə də, əksər qocaman alimlər nəinki bu fərziyyəni nəzərdən
keçirmək, heç onun barədə söz açmaq belə istəmir və bu mövzuya rəsmi
qadağa qoyur. Ancaq, biz qocaman alim olmadığımızdan və təbiət
qanunlarının pozulması bizi qorxutmadığına görə, gəlin təsəvvür edək ki,
bu fərziyyə doğrudur və insan doğrudan da qravitasiya dalğaları yayır.
Gəlin fərz edək ki, Yer kürəsində kənar bir sivilizasiya da bu
qabiliyyətə malikdir. Bu sivilizasiya tərəfindən yayılan qravitasiya
enerjisi Yer kürəsinə qədər gəlib çatır və onunla əlaqəyə girərək onu
pozur. Bu vəziyyətin nəticələrini yəqin etmək belə çətindir. Bu Yer
kürəsinin nəinki bioloji, həm də fiziki quruluşunun da dəyişməsinə
gətirib çıxarardı. Düşünməyə və həyəcanlanmağa dəyər! Son vaxtlar
hədindən artıq izaholunmaz hadisələr baş verir. Məsələn, nə üçün Yer
kürəsini "dəlilik kəməri” əhatə etmişdir? Baxın: Koreya, Vyetnam,
Əfqanıstan, Livan, İraq, keçmiş Yuqoslaviya, Moldova, Gürcüstan,
Azərbaycan, Tacikistan, Çeçenistan. Çoxları deyəcək ki, bütün bu
müharibə və münaqişələr siyasi hadisələrdir. Bəs onda niyə onlar zəlzələ
və digər qeyri-adi təbiət hadisələri ilə müşayiət olunur? Niyə "dəlilik
kəməri” aydın şəkildə halqaya çevrilir, orbit üzrə planetimizə dövrə
vuraraq proqramlaşdırılmış düşmənçilik, aqressivlik, təbii kataklizmlər
yayır? Bu sual cavabsız olaraq qalır. Qoy "fantastik fərziyyələr”
reallıq yox, fantastika olsun!
http://www.eysar.azeriblog.com/
|