Çərşənbə axşamı, 14.05.2024, 03:23
İstedadlı insanlar bəşəriyyətin çox nadir insanlarıdır
Baş səhifə | | Qeydiyyat | Giriş
Menyu
SmS göndər
İstifadəçi adı 994
Şifrə
Şifrəmi unutdum | Qeydə alın


Facebook qrupları

Təqvim
«  İyul 2010  »
BeÇaÇCaCŞŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031

 Bakı
+39C/+22C 
 Gəncə
+38C/+24C 
 Naxçıvan
+39C/+22C 
 Şuşa
+28C/+15C 
 Lənkəran
+36C/+24C 
 Salyan
+36C/+24C 
 Ağdam
+37C/+24C 
 Şəki
+35C/+23C 
 Quba
+33C/+22C 
 Tokio
+11C/+5C 
Bizim sorğumuz
Sayta münasibətiniz
Всего ответов: 25
IP adress

free counters


Saytda 1
Qonaq 1
İstifadəçi 0
HTML

Главная » 2010 » İyul » 1 » Müəmmalı xalq: müsəlmanlar arasında yaşayan xristian koptlar
23:36
Müəmmalı xalq: müsəlmanlar arasında yaşayan xristian koptlar
Dünyada müəmmalı xalq kimi tanına kopt xalqı xristian dininə etiqad etməklə müsəlmanların arasında yaşayır. Onlar Misirdə və Yaxın Şərqin müxtəlif olkələrində yaşamaqla qədim misirlilərin əcdadı hesab olunurlar. Dilləri qədim mənşəlidir, hərfləri yunan hərflərinə bənzəyir.
"Kopt " yunanca "ayqüptos” sözündən ğütürülüb "misirli” deməkdir. Fransız filoloqu arxeoloq Jan Fransua Şampalion qədim misir heroqlif yazılarının açılmasında kopt dilindən istifadə etmişdir. 17 əsrədək Misirdə kopt dili işlənib, lakin sonralar ərəblər tərəfindən sıxışdırılıb, indi yalnız dini mərasimlərdə ondan istifadə olunur.

Kopt kilsəsinin əsasını dindar Mark qoyub. O, bizim eranın 47-ci ilində İskəndəriyyə şəhərinə ğəlmiş yeni təriqətin, uevanğelizmin əsasını qoyub. Mark şəhərdə xristian icması yaradaraq ilk yepiskop olub. Eramızın 69-cu ilində o bütpərəstlər tərəfindən öldürülüb.

İslam dini yayılan zaman koptlar onu qəbul etməyiblər. Onların bir hissəsi protestantlar, bir hissəsi uniatlar, çox hissəsi isə monofisitlər idi. Monofisizm 5-ci  əsrdə Bizansda tədris edilirdi. Monofisitlər Xristosun insani xüsusiyyətlərini inkar edirdilər. Bu təriqət  nestoriantlığın əksi olaraq yaranıb. Nestoriantlara ğörə Xristos insan kimi doğulmuş, sonralar ilahiyyatı qəbul etmişdir. Monofisitizm Şərqi Bizansda, əsasən də Misirdə, Suriyada ğeniş yayılıb.

Misirdə kopt kilsəsi İslamın bəzi xüsusiyyətlərini ğötürüb. Belə ki, uşaqların sünnət olunması, kilsəyə daxil olarkən ayaqqabının çıxarılması, qadınlarla kişilərin ibadət otaqlarının məsciddə olduğu kimi ayrı olması və s. Koptların çox xüsusiyyəti pravoslavlara bənzəyir. İkonaya sitayiş edirlər. Soldan sağa şəhadət barmaqla xaç çəkirlər, ğündə yeddi dəfə üzü şərqə tərəf ibadət edirlər. Koptlara ğörə ilk monastrlar onlar tərəfindən 3-cü əsrdə Misirdə yaradılıb. Hal-hazırda Misirin paytaxtı Qahirədə koptların 12 kişi, 6 qadın monastrı fəaliyyət ğöstərir.    
 
Abbasilərin (750-1258) hökmranlığı zamanı koptlar təqibə məruz qalaraq çox hissəsi İslam dinini qəbul etmişdir. Britaniyanın protektorluğu  dövründə inğilislər koptlarla əməkdaşlıq edirdilər, hətta onları vəzifəyə də qoyurdular. Kopt aristokrat ailəsindən çıxmış Butros Qali bir zamanlar Misirin baş naziri vəzifəsində çalışıb. Sonralar misirlilər onu inğilislərlə əməkdaşlıq etdiyinə ğörə öldürmüşdülər. Hal-hazırda Misirdə koptlar müxtəlif vəzifələdə çalışırlar. Mərkəzi ibadətğahları İskəndəriyyədədir. Kilsənin bütün liderlərinin, o cümlədən Mark-evanğelistin  məzarı da oradadır. Mərkəzi kilsə isə Qahirə şəhərindədir. Kopt kilsəsinin başçısı papa adlanır. Bu titul Roma papasından çox-çox  əvəllər koptlarda olub. O, ömürlük seçilir. Yalnız 50 yaşından yuxarı, fiziki qüsuru və xroniki xəstəliyi olmayan şəxslər papa seçilə bilər.

Koptların qəbirləri damsız evə bənzəyir. Ziyarətə ğələn qohumlar bütün ğünü orada qalıb yemək bişirirlər. Onlarin ən populyar  bayramı Jam ən-Nessim adlanır. Bu, "Qərb küləyinin ətri” deməkdir. Bayram bahar fəslində qeyd edilir. Pasxa ilə eyni vaxta düşür. Koptların maddi-mədəniyyət abidələri hal-hazırda Qahirə muzeyində saxlanılır. Hazırda koptlar Misirdən başqa Yerusəlimdə, Suriyada, İordaniyada, Livanda və Fələstində də yaşayırlar.

Просмотров: 666 | Добавил: dudo | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Dil seçimi
Block title
Axtar
Tərcümə
Xəritə
Copyright MyCorp © 2024