Çərşənbə axşamı, 14.05.2024, 11:13
İstedadlı insanlar bəşəriyyətin çox nadir insanlarıdır
Baş səhifə | | Qeydiyyat | Giriş
Menyu
SmS göndər
İstifadəçi adı 994
Şifrə
Şifrəmi unutdum | Qeydə alın


Facebook qrupları

Təqvim
«  İyun 2010  »
BeÇaÇCaCŞŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930

 Bakı
+39C/+22C 
 Gəncə
+38C/+24C 
 Naxçıvan
+39C/+22C 
 Şuşa
+28C/+15C 
 Lənkəran
+36C/+24C 
 Salyan
+36C/+24C 
 Ağdam
+37C/+24C 
 Şəki
+35C/+23C 
 Quba
+33C/+22C 
 Tokio
+11C/+5C 
Bizim sorğumuz
Sayta münasibətiniz
Всего ответов: 25
IP adress

free counters


Saytda 1
Qonaq 1
İstifadəçi 0
HTML

Главная » 2010 » İyun » 27 » Şeytan üçbucağı…
23:36
Şeytan üçbucağı…
Şeytan üçbucağı…

və yaxud «qaniçən zona» 
Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazi var. Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli, müdhiş ərazisi hesab olunur. Buraya «Atlantik qəbiristanlığı», «ölüm və ya şeytan üçbucağı» da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin və s. heç bir iz qoymadan yoxa çıxmasıdır. Bu üçbucağın ilk qurbanı Kristofor Kolumbun donanması olub.
Sirli müammalardan biri - «Meri Selist» gəmisi 
Ən məşhur hadisə isə «Meri Selist» gəmisinin «Bermud üçbucağında» yoxa çıxmasıdır. Lakin çox sonralar (1872) «Deja Qrasiya» adlanan ingi¬lis gəmisi təsadüfən «Meri Selist» gə¬misinə rast gəlir. Bu hadisədə maraqlısı odur ki, gəmidə heç bir həyat əlaməti olmasa da, buradakı bütün əşyalar, sənədlər, çarpayılar, stol, ərzaq və s. səliqə ilə yerində qalmışdı. 
Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar zamanı bir dənə də olsun meyit və digər əlamətlər aşkar olunmayıb. Son 40 ildə isə 100-dən çox təyyarə və gəmi itib. Bəzən təyyarə və ya gəmilərin birdən yoxa çıxması, yenidən görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması kimi hadisələr də baş verib. 
1840-cı il. Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın «Rozali» gəmisi aşkarlanır. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyəti yoxa çıxmışdı. Gəminin jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı. Bununla da «Bermud üçbucağı»nın qeyri - adi tarixçəsi başlayır. Bu tarixçənin səhifələrində 103 ton su tutumu olan «Mariya Çelesta» gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı. Çox keçmir ki, kerosin yükü ilə Nyu-Yorkdan Genuaya istiqamət alan «Dei Qratia» gəmisi Azor adaları rayonunda aşkarlanır. Gəminin göyərtəsində heç kim yox idi. Yaxınlıqdan keçən gəminin kapitanı Morxaus səsgücləndirici vasitəsilə gəmidə kiminsə olmasını yoxlamaq istəyir. Lakin cavab gəlmir. 
20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanın «Freya» ticarət gəmisinə rast gəlinir. Yenə də gəmidə heyət yoxa çıxmışdı. 
4 mart 1918-ci il. ABŞ-nın 12 min ton su tutumu olan «Siklop» gəmisi 309 nəfər heyət üzvü ilə Barbados adasından səfərə çıxır. Baltimora istiqa¬mət götürən «Siklop» təyin olunan yerə gəlib çatmır. Hər hansı bir həyəcən siqnalı da qeydə alınmır. 
Amerikalı yazıçı Berlitçin dediklərindən 
«5 dekabr 1945-ci il. «Evendjer” («Qisasçılar») bombardmançı təyya¬rəsi havaya qalxaraq şərqə doğru is¬tiqamət götürdü. Sonra onları gö¬rən olmadı… Əvvəlcə faciə səhnəsini bər¬pa etməyə cəhd göstərək. Öncə¬dən xəbərdarlıq edirik ki, təfərrüatlar istintaq materiallarından və Floridada çap olunmuş pəsmi xronikadan götürülüb. 
Saat 14.10-da 15 pilotla havaya qalxan 5 təyyarə hədəfə çataraq saat 15.30 -15.40 radələrində geriyə dönüb cənub-qərbə istiqamət götürür. Lakin bir neçə dəqiqədən sonra saat 15.45 –də Fort-Loderdeyl aviabazasının komanda məntəqəsi qəribə bir məlumat alır: «Bizdə qəza vəziyyətidir. Görünür, istiqaməti itirmişik. Torpağı görmürük. Təkrar edirəm, biz torpağı görmürük!» Dispetçer onların koordinatları barədə sorğu verir. Lakin cavab bazadakı zabitləri şoka salır: «Biz harada olduğumuzu müəyyənləşdirə bilmirik. Deyəsən, azmışıq». Belə bir vəziyyətdə aviabazanın nümayəndələri yeganə düzgün qərar qəbul edirlər. «Qərbə doğru istiqamət götürün!» Yenidən qəribə cavab: «Biz bilmirik qərb hardadır. Heç nə alınmır… İstiqaməti müəyyənləşdirə bilmirik. Hətta okean da həmişə olduğu kimi görünmür!» 
Saat 16.45 –də Teylordan təəccüblü məlumat gəlir: «Biz Meksika körfəzinin üstündəyik». Yerdəki dispetçer Don Ful fikirləşir ki, yəqin pilotlar kontuziya alıblar. Çünki göstərilən yer horizontun əks tərəfində idi. Saat 17.00. Pilotlar güclü əsəb gərginliyi həddindədirlər. Onlardan kimsə efirə qışqırır: «Lənət şeytana, əgər qərbə istiqamət götürsəydik, yəqin ki, evə düşərdik!» Sonra Teylorun səsi gəlir: «Bizim evimiz şimal-qərbdədir…». İlk həyəcanlı anlar bir qədər səngiyir və pilotlar aşağıda hansısa adanı müşahidə edirlər: «Məndən aşağıda torpaq var. İnanıram ki, bu Kisdir…» Lakin hər şey hədər idi. Qaranlıq düşür, itmiş təyyarələrin tapılması üçün havaya qalxan «Bombardmançı»lar əliboş bazaya qayıdırlar. Onlardan biri də axtarış zamanı yoxa çıxır…» 
Lakin Teylorun son sözləri barədə hələ də mübahisələr davam edir: «Mənə elə gəlir ki, biz ağ sulara qərq oluruq… Biz tamamilə azmışıq». 1987-ci ildə məhz orada – Meksika körfəzinin təkində 40-cı illərin istehsalı olan «Evendjer»lərdən biri tapılır («Pravda» 02.03.1987). İstisna deyil ki, yerdə qalan 4 təyyarə də hardasa yaxındadır. Ancaq bir sual indi də maraqlı olaraq qalır: təyyarələr heç bir yerdə görünmədən 100 kilomet şimala necə gedib çıxıb? 
Azərbaycanlı alim «Ölüm üçbucağında»… 
«Bermud üçbucağı»nda tədqiqat işi aparan dünya alimləri arasında geologiya-minerologiya elmləri doktoru Rüstəm Babayev də olub. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, dünya okeanoloqları ilə birgə «Bermud üçbucağı»nda ekspedisiyada iştirak edən Geologiya İnstitutunun alimi Rüstəm Babayev belə bir nəticəyə gəlib ki, bu möcüzəli yerin sirri ərazidən keçən Qolfstrim cərəyanının daim həmin yeri lilləndirməsidir. Dibdə lil çox qalın olur. Bu lil ən nəhəng gəmini belə gizlədə bilər. Bundan əlavə, dibdə dərin yarıqlar da var ki, ora gəmilər yerləşməsə də, qayıqlar, kiçik təyya¬rələr, insanlar düşə bilər. Orada həm də çox güclü burulğan olur. O burulğan hətta havada nə varsa sovurub uda bilər. Bu cür təhlükədən heç təyyarələr belə qurtula bilməz. 
Fantaziya, yoxsa sərt və şıltaq məkan? 
Hamı düşünür: görəsən, «Bermud üçbucağı» doğrudanmı mövcuddur? Əgər belədirsə, onda niyə bu möcüzəli məkanın sirri hələ də tam olaraq açılmayıb?» Baxmayaraq ki, bu barədə nəinki adi insanlar, hətta alimlər də çox fərziyyələr yürüdüb, araşdırmalar aparıblar, elm və texnikanın inkişaf etdiyi indiki dövrdə belə «Bermud üçbucağı» möcüzə olaraq qalır.
 

"Bəzm" jurnalı 

http://www.eysar.azeriblog.com/2008/11/16/sheytan-uchbucaghi
Просмотров: 567 | Добавил: dudo | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Dil seçimi
Block title
Axtar
Tərcümə
Xəritə
Copyright MyCorp © 2024